Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətni üzrə razılaşmanı təqdir edir
Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətni üzrə razılaşmanı təqdir edir.
Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin yaydığı bəyanatda deyildiyi kimi, Ermənistan və Azərbaycanın bəyanatları regionda davamlı sülh və təhlükəsizliyə doğru həlledici addımı təmsil edir.
“Biz hər iki tərəfi son bir neçə il ərzində bu istiqamətdə davam etdirdikləri fəaliyyətə görə yüksək qiymətləndiririk. Avropa İttifaqı mətnin tamamlanmasına yol açmaq üçün Ermənistanı təqdir edir. Bəyanatlar regionda davamlı sülh və təhlükəsizliyə doğru mühüm addımı təmsil edir. Əsas odur ki, bu sürəti qoruyub saxlayaq və prosesin hər iki tərəfin eyni perspektivli, kompromis yönümlü yanaşması ilə ləngimədən başa çatmasını təmin etməkdir”, – Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin bəyanatında qeyd olunub.