Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında əldə olunmuş atəşkəs razılaşmasını alqışlayır

17:12, 15.09.2022

 

Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında sentyabrın 14-də saat 20:00-da qüvvəyə minmiş atəşkəs haqqında razılaşmanı alqışlayır.

Bu barədə Avropa İttifaqının Xarici Siyasət İdarəsinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

“Atəşkəs rejiminə əməl olunması ilə bağlı məlumat bizi ruhlandırır. Biz tərəfləri bu razılaşmanın icrasını davam etdirməyə və həlak olan hərbçilərin cəsədlərinin təhvil verilməsi kimi humanitar addımları koordinasiya etməyə çağırırıq. Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaar Cozef Borrelin mandatı altında yüksək səviyyəli görüşlər və məsləhətləşmələr keçirməyə davam edir. O, dünən Bakıda idi, bu gün isə Yerevandadır. Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında normallaşma prosesində, o cümlədən ən yüksək səviyyədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel timsalında iştirak etməkdə davam edir” – deyə Avropa İttifaqının Xarici Siyasət İdarəsinin mətbuat xidmətinin açıqlamasında bildirilir.

Oxşar