Avropa İttifaqı Britaniyanın çıxışı müqaviləsini yekun olaraq təsdiq etdi

20:02, 30.01.2020

Avropa İttifaqı Britaniyanın çıxışı müqaviləsini yekun olaraq təsdiq etdi.

Avropa İttifaqı tərkibindən Britaniyanın çıxışı razılaşmasına yekun razılığı Avropa İttifaqı Şurası verdi. Bu addımla Brüssel razılaşmanın ratifikasiya prosesini sonuna qədər başa çatdırdı. Müvafiq olarq, Britaniya Avropa İttifaqını tam olaraq yanvarın 31-dən tərk edə bilər.

Avropa İttifaqında bundan sonra 27 üzv ölkə olacaq. Avropa İttifaqı və Britaniya yeni əlaqələrini 1 fevraldan başalaya bilərlər.

Oxşar