Avropa dövlətlərinin liderləri Kiyevdə 30 günlük qeyd-şərtsiz atəşkəslə bağlı vahid mövqe bildiriblər
Avropa dövlətlərinin liderləri Kiyevdə keçirilən mətbuat konfransında 30 günlük qeyd-şərtsiz atəşkəs təklifi ilə bağlı vahid mövqe bildiriblər.
Böyük Britaniyanın baş naziri Kir Starmerin bildirdiyi kimi, əgər Putin sülhə arxa çevirərsə, avropalılar buna cavab verəcək, o cümlədən sanksiyaları artırmaq və Ukraynaya müdafiə yardımını artırmaqla.
Fransa prezidenti Emmanuel Makron 30 günlük atəşkəs çağırışını təkrarlayıb və atəşkəs şərtlərinin pozulacağı təqdirdə Avropa ölkələri və ABŞ tərəfindən əhəmiyyətli sanksiyaların hazırlanacağını bildirib.
Almaniya kansleri Fridrix Mertsin söylədiyinə görə, Rusiya atəşkəsdən imtina edərsə, onlar Ukraynanı müdafiə etməyə və Rusiyaya təzyiqləri artırmağa davam edəcəklər. Onun qeyd etdiyi kimi, əgər atəşkəs mümkün olmasa, demək olar ki, bütün Avropa İttifaqı üzvləri sanksiyalar tətbiq etməyə hazırdır.
Polşanın baş naziri Donald Tusk qeyd edib ki, əgər Moskva atəşkəslə bağlı təklifi rədd edərsə, kimin sülh tərəfdarı olduğuna heç kimin şübhəsi qalmayacaq.