Avropa Birliyi ölkələri bir barrel rus neftinin 60 dollardan alış limiti barədə razılığa gəliblər

22:42, 02.12.2022

 

Avropa Birliyi ölkələri bir barrel rus neftinin 60 dollardan alış limiti barədə razılığa gəliblər.

Mətbuatda yayılan məlumatlara əsasən, səfirlər qiymət limitinin nə qədər yüksək və ya aşağı olması ilə bağlı bir neçə gün gərgin müzakirələr aparıblar.

“Euronews”un yazdığı kimi, Polşa və Baltikyanı ölkələr sərt mövqe tutaraq sərt limit qoyublar, bu da bir barrel üçün 30 dollar mənasına gəlir, yerli yükdaşıma sənayesinin rus neftinin beynəlxalq daşınmasında mühüm rol oynayan Yunanıstan, Kipr və Malta isə , 70 dollar limit tələb ediblər.

Danışıqlarda həmçinin icra, şəffaflıq və Aİ sanksiyalarının potensial yeni axınına diqqət yetirilib. Bir neçə diplomat “Euronews”a bildirib ki, Polşa ara limiti dəstəklədikdən sonra cümə günü axşam yekun razılaşma əldə olunub. Bundan əvvəl analoji qərar G7-yə üzv ölkələr tərəfindən verilib.

Oxşar