AvroBasket 2025 | Gürcüstanın basketbol komandası ilk yoxlama oyununu İsraillə keçirib #1TVSPORT
AvroBasket 2025 | Gürcüstanın basketbol komandası ilk yoxlama oyununu İsraillə keçirib #1TVSPORT

Gürcüstan basketbol yığması AvroBasketə hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirdi. Onun rəqibi İsrail idi və gərgin mübarizədə 76:66 hesabı ilə qalib gəldi.

Oyun qapalı keçirilirdi. Komandamızın baş məşqçisi Aleksandr Cikiç heyətə 13 basketbolçu daxil etmişdi. Onlardan İlia Londaridze, Qiorqi Sulaberidze və Luka Maziaşvilini meydana buraxmadı. Heyətdə amerikalı legioner Kamar Bolduin yer almamışdı.

Gürcüstan yığmasında ən çox – 13 xal – Qiorqi Şermadini tərəfindən qazandırıldı. Tornike Şengelianın və Beka Burcanadzənin hər birinin hesabında 12 xal var idi. Qoqa Bitadze isə oyunu 10 xal və 8 ribaundla tamamladı.

Matçın bombardiri 18 xalı olan Roman Sorkini olub.

“Xaçlılar” ikinci yoxlama oyununu avqustun 8-də Estoniya ilə keçirəcəklər.