Avqustun 13-dən icbari hərbi xidmətə payız çağırışı başladı

Bugündən etibarən, icbari hərbi xidmətə payız çağırışı başladı.

Bu barədə Gürcüstan iqtidarının qətnaməsində deyilir.

Sənədə əsasən, Gürcüstanın Silahlı Qüvvələrinə 1800 xidmətçi, xüsusi penitensiar xidmətə 1395, Daxili İşlər Nazirliyinin hərbi hissələrinə 1370, Dövlət müdafiyəsi xüsusi xidmətinə isə, 200 xidmətçi çağırılacaq.

Payız çağırışı cari ilin dekabrın 29-na qədər davam edəcək.

Çağırışı İnfrastruktur Nazirliyi təmin edəcək.