Avqust müharibəsində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq Parlament Sarayının üzərində Gürcüstanın dövlət bayrağı endirilib
Rusiya ilə Gürcüstan arasında baş vermiş avqust müharibəsindən 16 il keçdi. Müharibədə həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq parlamentin binası üzərində Gürcüstanın dövlət bayrağı endirilib. Bu haqda məlumatı Gürcüstan Parlamentinin mətbuat xidməti yayır.
Həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq ölkə miqyasında bütün inzibati orqanların binalarının üzərində və Gürcüstanın xaricdəki diplomatik nümayəndəliklərində dövlət bayraqları endirilib.
2008-ci ilin avqust müharibəsi 400-dən çox insanın həyatına son qoydu. Müharibədə 1045 nəfəri hərbi qulluqçu olmaqla, 2232 nəfər yaralanıb və xəsarət alıb.