Avqust müharibəsində həlak olanlar Muxatqverdi qardaşlıq qəbiristanlığında yad ediliblər [Foto]
Muxatqverdi qardaşlıq qəbiristanlığında avqust müharibəsində həlak olanların xatirəsi bu gün ehtiramla yad edilib.
Qardaşlıq qəbiristanlığında həlak olanların ailə üzvləri, Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili, Baş nazir İrakli Kobaxidze, Parlamentin sədri Şalva Papuaşvili, Tbilisi meri Kaxa Kaladze, icraedici və qanunverici hakimiyyətin üzvləri olublar. Onlar qəhrəmanların memorialını əklillə bəzəyiblər və müharibədə həlak olan hərbçilərin ailə üzvlərinə başsağlığı veriblər.
2008-ci ilin avqustun 7-də separatçılar gürcü kəndlərini intensiv bombalamağa başladılar, bu isə cavab atəşinin açılmasına və 8 avqustda Rusiya işğalçı ordusunun ölkəyə daxil olmasına səbəb oldu. Rusiyanın Gürcüstana qarşı müharibəsi nəticəsində 411 nəfər həlak oldu, 130 000-ə yaxın vətəndaş məcburi köçkünə çevrildi, kəndlər məhv edildi, Qori şəhəri və strateji obyektlər bombalandı. Gürcüstan ərazilərinin 20 faizi hələ də Rusiya tərəfindən işğal altındadır.





