"AUKUS" müdafiə alyansı çərçivəsində ABŞ, Böyük Britaniya və Avstraliya yeni sualtı dron texnologiyası hazırlayacaq
“AUKUS” müdafiə alyansı çərçivəsində ABŞ, Böyük Britaniya və Avstraliya sualtı kabellərin qorunması və müdafiə imkanlarının gücləndirilməsi məqsədilə sualtı dronların (UUV) yeni texnologiyasını hazırlayacaqlar, – bu barədə bəyanatı üç ölkənin müdafiə nazirləri Sinqapurda, təhlükəsizlik sammiti çərçivəsində veriblər.
Texnologiyanın gələn il hazır olacağı gözlənilir.
Layihənin ümumi dəyəri açıqlanmayıb, lakin Böyük Britaniyanın müdafiə naziri Con Hilinin bildirdiyinə görə, Böyük Britaniya 150 milyon funt-sterlinq vəsait ayıracaq.
“Uzun müddət ərzində “AUKUS” çərçivəsində daha çox danışır və daha az iş görürdük, lakin indi bu dəyişib”, — Hili bildirib.