Atom Enerjisi Agentliyinin rəhbəri Kiyevə səfər edəcək və Ukrayna hakimiyyəti ilə Zaporojie AES-in ətrafında təhlükəsiz zona barədə müzakirə aparacaq

22:44, 05.10.2022

Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi Kiyevə səfər edəcək və Ukrayna hakimiyyəti ilə Zaporojie AES-in ətrafında təhlükəsiz zona barədə müzakirə aparacaq. Bu barədə Rafael Qrossi “Twitter” sosial şəbəkəsində yazıb.

“Zaporojie AES-in ətrafında nüvə təhlükəsizliyi və təhlükəsizlik zonası indi həmişəkindən daha çox lazımdır”-deyə Rafael Qrossi yazır.

Beynəlxalq agentlik tərəfindən verilən məlumatda Kiyevə səfərindən sonra Qrossinin Rusiyaya getməyi və Zaporojie stansiyasının təhlükəsizlik məsələsini müzakirə etməyi planlaşdırdığı deyilir.

Bu gün Rusiya prezidenti Vladimir Putin Zaporojie Atom Elektrik Stansiyasının Rusiyanın idarəçiliyinə verilməsi haqqında fərman verib. Fərmana əsasən, Zaporojie Atom Elektrik Stansiyası “Rosatom” dövlət korporasiyasının tərkibinə keçir.

Oxşar