Atəşkəsin ikinci günündə Ukrayna Rusiyanı bombalamada ittiham edib, Kiyevin məlumatına görə, dronlar Xarkova hücum edib
Rusiya hərbi qüvvələri dronlarla Xarkovun sənaye rayonuna hücum edib, – bu barədə Xarkov vilayətinin hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib.
Onun sözlərinə görə, dronlardan biri doqquzmərtəbəli yaşayış binasının texniki mərtəbəsinə dəyib. Beş nəfər xəsarət alıb.
Dnepropetrovsk vilayətinin hərbi administrasiyasının rəhbəri Aleksandr Qanşça da hücum barədə xəbər verib. Onun sözlərinə görə, Rusiya dronlarla vilayətin iki rayonuna hücum edib.
Sinelnikovo bölgəsində üç yaşlı qız xəsarət alıb və orta dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Ukrayna Silahlı Qüvvələri nümayəndələrinin bildirdiyinə görə, gecə yarısından etibarən Rusiya qoşunları Ukraynaya müxtəlif tipli 27 pilotsuz uçuş aparatı, o cümlədən “Şahed”lərlə hücum edib. Ukrayna tərəfi 27 dronun da vurulduğunu iddia edir.
Məlumat üçün bildirək ki, Moskvada Qələbə Günü paradının başlamasından bir neçə saat əvvəl Donald Tramp tərəfindən Rusiya ilə Ukrayna arasında üç günlük atəşkəs elan edilib. ABŞ prezidentinin sözlərinə görə, atəşkəs onun təşəbbüsü olub və Ukrayna və Rusiya tərəfindən dəstəklənib. Parad hadisəsiz keçib və 9 may axşamı Putin jurnalistlər qarşısına çıxaraq bəyan edib ki, onun fikrincə, “iş münaqişənin sona çatmasına doğru gedir”. Bununla yanaşı, Putinin köməkçisi Yuri Uşakov dəqiqləşdirib ki, 11 maydan sonra atəşkəs artıq uzadılmayacaq.