ATƏT-in Parlament Assambleyasının prezidenti Pia Kauma - Gürcüstanda seçkilər seçicilərə geniş seçim imkanı verirdi, burada namizədlərin sərbəst şəkildə kampaniya keçirmək imkanları var idi
Gürcüstanda seçkilər seçicilərə geniş seçim imkan verirdi, burada namizədlərin sərbəst şəkildə kampaniya keçirmək imkanları var idi, – bu barədə finlandiyalı deputat, ATƏT-in Parlament Assambleyasının prezidenti Pia Kaumanın “Euronews” nəşrində dərc olunan məqaləsində qeyd edilib.
“Mən bir az əvvəl ABŞ və Gürcüstanda iki seçki müşahidə missiyasına rəhbərlik edirdim, burada seçkilərlə bağlı nüfuzlu bəyanat vermək üçün digər beynəlxalq tərəfdaşlarla işlədik. Müşahidə missiyasının lideri idim, partiyalar arasında kəskin qütbləşmə gördüm, ama həmçinin, seçkilər seçicilərə geniş seçim imkanı verirdi, burada namizədlərin sərbəst şəkildə kampaniya keçirmək imkanları var idi.
Bu missiyada 42 ölkədən 500-dən çox beynəlxalq müşahidəçi iştirak edib, gürcü xalqına onların yeni hökumətinin necə hakimiyyətə gəldiyini anlamağa kömək edib və gələcəkdə düzəldilməli olan seçki prosesindəki qüsurlar barədə istiqamətləndirici tövsiyələr verib.
Mən artıq Gürcüstanın yeni seçilmiş hökumətinə qanunverici orqanda yeni tövsiyələrin nəzərdən keçirilməsi üçün ATƏT-in Parlament Assambleyası ilə konstruktiv əməkdaşlıq etməyi təklif etdim və bu tövsiyələr tezliklə Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun yekununda əlçatan olacaq”, – deyə Pia Kauma bildirib.