ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri İqnatsio Kassis Sergey Lavrova görüş zamanı hədiyyə təqdim edib – “Bu, sizə Avropanın bir hissəsi olduğunuzu xatırlatmaq üçündür”
ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri İqnatsio Kassis Sergey Lavrova görüş zamanı hədiyyə təqdim edib – “Bu, sizə Avropanın bir hissəsi olduğunuzu xatırlatmaq üçündür”

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri İqnatsio Kassis görüş zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrova hədiyyə təqdim edib.

Kassis Lavrova rus bəstəkarı Pyotr Çaykovskinin “Yatmış gözəl” əsərindən melodiyası olan musiqi qutusu hədiyyə edib.

“Bu, sizə Avropanın bir hissəsi olduğunuzu xatırlatmaq üçündür”, – Kassis Lavrova bildirib.

Rusiya xarici işlər naziri ona Kremlin rəsmini hədiyyə edib.

“Bu, sizə Rusiyanın tarixin və gələcəyin bir hissəsi olduğunu xatırlatmaq üçündür”, – Lavrov Kassisə deyib.