ATƏT-in 32-ci ministeriyalı çərçivəsində Maka Boçorişvili Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə görüşüb
ATƏT-in 32-ci ministeriyalı çərçivəsində Maka Boçorişvili Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə görüşüb

ATƏT-in 32-ci ministeriyalı çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan ilə görüşüb.

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə tərəflər Gürcüstan və Ermənistan Respublikası arasında uğurlu strateji tərəfdaşlığı məmnunluqla qeyd ediblər və bir daha mövcud sıx əməkdaşlığın daha da dərinləşməsinə töhfə verməyə hazır olduqlarını təsdiqləyiblər.

Ölkələr arasında yüksək səviyyəli səfər mübadiləsinin dinamikası müsbət qiymətləndirilib.

Bölgədə davam edən proseslər barədə danışarkən, Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olmasının vacibliyi və Gürcüstanın bu prosesə töhfə verməyə hazır olduğu vurğulanıb.

Tərəflər əlaqələrin daha da inkişafı və aktivləşməsi üçün müxtəlif sahələrdə fəal əməkdaşlığa hazır olduqlarını bildiriblər.