“Associated Press” – Rusiya amerikalılar tərəfindən təlimdən keçirilmiş əfqan xüsusi təyinatlılarının keçmiş üzvlərini öz tərəfinə keçirməyə və onları Ukraynadakı müharibəyə cəlb etməyə çalışır

16:38, 01.11.2022

 

Rusiya amerikalılar tərəfindən təlimdən keçirilmiş əfqan xüsusi təyinatlılarının keçmiş üzvlərini öz tərəfinə keçirməyə və onları Ukraynadakı müharibəyə cəlb etməyə çalışır-bu barədə “Associated Press” məlumat yayır.

Yayılmış məlumatda bildirilir ki, Rusiya aylıq 1500 avro maaşla elit əfqan hərbçilərini öz tərəfinə keçirməyə çalışır və sabiq hərbçilərə və onların ailələrinə sığınacaq vəd edir.

Nəşr ABŞ hərbçilərinin ölkəni tərk etməsindən və “Taliban”ın hakimiyyəti ələ keçirməsindən sonra hərbçilərin böyük bir hissəsinin Əfqanıstanı tərk etdiyini yazır.

Hərbçilərin əksəriyyəti İrandadır və Əfqanıstana deportasiyadan qorxur.

Nəşr “Vaqner qrupu” və Əfqanıstan xüsusi təyinatlılarının keçmiş komandirlərindən birinin bu prosesdə iştirak etdiyi barədə məlumat yayır.

Britaniya Hərbi Kəşfiyyatının məlumatında hazırda “Vaqner qrupu”nun 1000 muzdlu döyüşçüsünün Ukraynada olduğu deyilir.

Oxşar