"Associated Press" - NATO-nun iki ölkəsinin kəşfiyyat orqanları şübhələnirlər ki, Rusiya "Starlink"ə yönəlmiş yeni silah hazırlayır
"Associated Press" - NATO-nun iki ölkəsinin kəşfiyyat orqanları şübhələnirlər ki, Rusiya "Starlink"ə yönəlmiş yeni silah hazırlayır

NATO-nun iki ölkəsinin kəşfiyyat orqanları şübhələnirlər ki, Rusiya İlon Maska aid “Starlink” peyk rabitəsinə qarşı yeni silah hazırlayır. “Associated Press”in yazdığına görə, NATO üzvü olan ölkələrin kəşfiyyat sənədlərində qeyd olunub ki, Rusiya kosmosa yüz minlərlə parça buraxa bilən və peyklərə kütləvi ziyan vura bilən silah hazırlayır.

Kəşfiyyat məlumatlarına görə, fraqmentlər bir neçə millimetr ölçüsündə olacaq, bu da onların aşkarlanmasını çətinləşdirəcək, buna görə də Rusiyanı belə hücumlarda faktiki olaraq günahlandırmaq mümkün olmayacaq.

NATO-nun kəşfiyyat agentliyinin qiymətləndirməsinə görə, belə hücumdan sonra fraqmentlər və qırıntılar nəticədə yerə düşəcək və ətrafında hərəkət edən digər obyektlərə zərər verə bilər.

“Associated Press” tərəfindən sorğulanan analitiklər hesab edirlər ki, belə nəticələr və öz peykləri üçün yaranan risklər səbəbindən Rusiya belə bir silahdan istifadə etməməyə qərar verə bilər.