“Associated Press” – Qəzzada atəşkəs razılaşmasından sonra ABŞ razılaşmanın icrasına nəzarət etmək üçün İsrailə 200 əsgər göndərəcək

10:31, 10.10.2025

Qəzzada atəşkəs razılaşmasından sonra ABŞ atəşkəs razılaşmasının icrasına nəzarət etmək üçün İsrailə 200 əsgər göndərəcək. “Associated Press” məlumat yayır.

Nəşrin hesablamasına görə, ABŞ-ın Mərkəzi Komandanlığı İsraildə “mülki-hərbi koordinasiya mərkəzi” yaradacaq. Bu mərkəz humanitar yardımın, logistikanın və təhlükəsizlik dəstəyinin təşkili prosesinə kömək edəcək.

Bununla yanaşı, “Reuters”in məlumatına görə, ABŞ-ın yüksək rütbəli rəsmisinin bildirdiyinə əsasən, Qəzzada bir nəfər belə amerikalı əsgər yerləşdirilməyəcək və onlar vəziyyətə İsrailin nəzarətində olan ərazidən nəzarət edəcəklər.

Oxşar