"Associated Press" - Atışmada şübhəli şəxs müəyyən edilib, o, 31 yaşlı müəllim Koul Tomas Alendir
“Associated Press” hüquq-mühafizə orqanlarının iki nümayəndəsinə istinadən yazır ki, atışmada şübhəli şəxs müəyyən edilib. Medianın məlumatına görə, hücumçu Kaliforniyadan olan 31 yaşlı Koul Tomas Alendir.
Mediyanın məlumatına görə, hücumçu müəllim və video oyun yaradıcısıdır. O, odlu silahla bağlı iki cinayətdə, o cümlədən hüquq-mühafizə orqanı əməkdaşına öldürücü silahla hücum etməkdə ittiham olunur.
Atışmada şübhəli bilinən şəxs odlu silah və bıçaqlarla silahlanmış halda foyeyə daxil olub və Məxfi Xidmət agentinə atəş açıb, daha sonra isə banket zalına doğru hərəkət edib. Medianın məlumatına görə, silahlı şəxs “Hilton” mehmanxanasının qonağı olub və o, bazar ertəsi məhkəmə qarşısına çıxarılacaq. Yayılmış məlumata görə, şübhəli şəxs tək başına hərəkət edirdi.
Cinayətin motivi hələ də məlum deyil.
ABŞ-da, Donald Trampın iştirak etdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atışma olub.