Arçil Tatunaşvilinin atası Samxarauli Ekspertiza Bürosunun ekspertləri ilə görüşür
Arçil Tatunaşvilinin atası Samxarauli Ekspertiza Bürosunun ekspertləri ilə görüşür

Arçil Tatunaşvilinin atası Giorgi Tatunaşvili Samxarauli adına Məhkəmə Ekspertiza Bürosunun ekspertləri ilə görüşür.

Görüşdə Daxili İşlər Nazirliyinin baş inspeksiyasının rəhbəri Aleksandre Xocevanişvili də iştirak edir.

Giorgi Tatunaşvilinin Birinci Kanala verdiyi məlumata görə, onun Samxarauli Ekspertiza Bürosunun hazırladığı ekspertiza qərarı ilə bağlı sualları var.

Onun dediyinə görə, oğlunun bədənindəki bir çox yara izi haqında ekspertiza bürosunda bir söz belə yazılmayıb və Arçil Tatunaşvilinin ölüm səbəbi də müəyyən olunmayıb.

İşğal altında olan Sxinvalidə həbs edilən və işkəncələrdən sonra öldürülən Arçil Tatunaşvilinin cəsədi Sxinvalidən 2018-ci ilin martın 20-də gətirildi.