Arçil Talakvadze - “Milli Hərəkat” hakimiyyətdə olarkən öldürürdü və indi də öldürür, siyasi sistemdə düşüncəsi nifrət kampaniyasına yönəlmiş partiyanın qalması təəssüf doğurur
Arçil Talakvadze - “Milli Hərəkat” hakimiyyətdə olarkən öldürürdü və indi də öldürür, siyasi sistemdə düşüncəsi nifrət kampaniyasına yönəlmiş partiyanın qalması təəssüf doğurur

 

Parlament çoxluğunun üzvü Arçil Talakvadze Ermile Qiqiadzenin dünyasını dəyişməsi ilə əlaqədar məyusluğunu ifadə edir və gürcü cəmiyyətində nifrətə yer olmadığını bildirir.

Talakvadzenin sözlərinə əsasən, gürcü siyasi sistemində düşüncəsi tamamilə nifrət kampaniyasına yönəlmiş partiyanın qalması təəssüf doğurur.

“Həmkarlarımın başsağlığına qoşulur və məyusluğumu bölüşürəm. Cəmiyyətimizdə belə münasibətə, ikraha, nifrətə yer yoxdur. Siyasi qiymətləndirməyə gəlincə, “Milli Hərəkat” öldürür, “Milli Hərəkat” hakimiyyətdə olarkən öldürürdü və indi də müxalifətdə olarkən öldürür. Siyasi sistemimizdə üslubu, münasibəti və düşüncəsi bütünlüklə insanları necə sıxışdırmağa, ikrah və nifrətlə bağlı necə kampaniya aparmağa, öz gündəminə uyğun gəlməyən və onların xəttini daşımayan hər kəsə necə hücum etməyə yönəlmiş siyasi partiyanın qalması təəssüf doğurur. Təbii ki, bu, ictimaiyyət tərəfindən çox ciddi qiymət tələb edir. Həmçinin hüquqi qiymət də vermək lazımdır” – Arçil Talakvadze qeyd edib.

Mövcud məlumata əsasən, Tsğaltuboda müxalifət fəalı “Gürcü Arzusu”nun üzvü Ermile Qiqiadzeni ağır sözlərlə təhqir edib, nəticədə də Qiqiadze yerindəcə dünyasını dəyişib.