Ədliyyə şurası hakimlərinin 36-cı konfransında səs çoxluğu ilə Şuraya yeni üzv seçilib.
Ədliyyə Şurasının yeni üzvü Ali Məhkəmənin hazırkı üzvü Arçil Koçlamazashvili olub, o, vəzifədə beş il müddətinə qalacaq.
Bu günkü konfransda Şuranın hakim üzvü üçün olan bir vakant yerə yalnız bir namizəd irəli sürülüb və o, 295 nümayəndənin dəstəyini qazanıb.
Ədliyyə Şurasının yeni üzvünün seçilməsi zərurəti Şura üzvü Levan Nemsadzenin Ali Məhkəməyə keçməsindən sonra yaranıb.
15 üzvdən ibarət Şura hazırda tam şəkildə formalaşıb. Qanuna edilmiş dəyişikliyə əsasən, Şura doqquz hakim üzv əvəzinə 12 hakim üzvdən, üç nəfər isə hakim olmayan üzvdən ibarət olmalıdır.