Arqentinada güclü yağış nəticəsində azı 16 nəfər həlak olub, onlarla insan itkin düşmüş hesab olunur
Arqentinada güclü yağış nəticəsində azı 16 nəfər həlak olub, onlarla insan heç bir iz qoymadan itkin düşmüş hesab olunur.
Arqentinanın şərqində yerləşən Baia Blanka liman şəhərində güclü yağış nəticəsində daşqın baş verib. Səkkiz saatlıq fasiləsiz yağan yağış yolları və körpüləri dağıdıb, binaları su basıb, şəhərin böyük hissəsi elektrik enerjisiz qalıb.
Yeni doğulmuş uşaqların xəstəxanadan təxliyəsi də daxil olmaqla, 1450-dən çox insan yaşayış evlərini tərk etməli olub. Şəhərin rəsmi şəxsləri həlak olanların sayının arta biləcəyini bildirib.
Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.