Ararat Mirzoyan — Ermənistan Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqı arasında seçim etməli olduqda, təbii ki, bu seçimi edəcəyik
Ararat Mirzoyan — Ermənistan Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqı arasında seçim etməli olduqda, təbii ki, bu seçimi edəcəyik

Biz həmişə demişik ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqı ilə Avropa İttifaqı arasında seçim etməli olacağı an gəldikdə, təbii ki, bu seçimi edəcəyik, – Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, “News.am” agentliyinin müxbirinin Rusiya prezidenti Vladimir Putinin — Ermənistan Avrasiya İqtisadi İttifaqında qalıb-qalmayacağına qərar verməli və ya “sivil qaydada boşanma tələb edərək” Avropa İttifaqı istiqamətinə getməlidi şəklindəki bəyanatlarını necə qiymətləndirdiyi barədə sualına belə cavab verib.

“Burada yeni heç nə yoxdur. Hazırda biz Avrasiya İqtisadi İttifaqının üzvüyük və İttifaqda fəaliyyətimizi davam etdiririk. Həmçininerməni xalqının Avropaya inteqrasiyaya can atması sirr deyil. Qərar qəbul etmək vaxtı gəldikdə, biz onu qəbul edəcəyik”, — deyə Ararat Mirzoyan bildirib.