Araqvi çayı üzərində yeni körpünün tikintisi davam edir
Araqvi çayı üzərində yeni körpünün tikintisi davam edir

Beynəlxalq əhəmiyyətli Tbilisi–Senaki–Leselidze avtomagistralının 26-cı kilometrində yerləşən Araqvi körpüsünün yanında yeni körpünün tikintisi aparılır.

Tikintini Avtomobil Yolları Departamenti həyata keçirir.

“Həmin hissədə mövcud olan körpü 1973-cü ildə inşa edilib. Körpünün hərəkət hissəsi tez-tez zədələnir, buna görə də vaxtaşırı bərpa işləri aparılır. Bu proses mərkəzi magistralda nəqliyyatın hərəkətini müvəqqəti məhdudlaşdırır və əhaliyə narahatlıq yaradır.

Mövcud körpünün yoxlanışı göstərdi ki, körpünün bərpası onun tam təmirini təmin edə bilməz və daha genişmiqyaslı işlər tələb olunur, bu isə körpünün bir ildən çox müddətə bağlanmasına səbəb olacaq. Körpünün alternativ marşrutu olmadığından və hərəkətin bu cür məhdudlaşdırılması mərkəzi avtomagistralda ciddi problemlər yaradacağından, ən qısa müddətdə Araqvi çayı üzərində yeni körpünün tikintisi layihəsi hazırlandı və artıq tikintiyə başlanılıb.

Yeni körpüdən əhali gələn il istifadə edə biləcək. Körpünün tikintisinin təxmini dəyəri 20 milyon lari təşkil edir.

Bu barədə İnfrastruktur Nazirliyi məlumat yayır.