Araqvi çayı körpüsündə aparılan işlər ilə əlaqədar hərəkət yolun bir hərəkət zolağında həyata keçiriləcək

21:31, 14.03.2025

Beynəlxalq əhəmiyyətli Tbilisi-Senaki-Leselidze avtomobil yolunun 26-cı km-də, Araqvi çayı körpüsündə (sol, Tbilisi istiqaməti) körpünün hərəkət hissəsinin plitəsinə ziyan dəyib, – bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti məlumat yayır.

Onların məlumatına əsasən, zədələnmiş plitədə bərpa işləri ilə əlaqədarqeyd olunan hissədə qərb-şərq istiqamətində hərəkət 10 gün ərzində bir zolaqda məhdudlaşdırılacaq.

Oxşar