Aprelin 17-də saat 10:00-dan 12:00-dək Qori tunelində avtonəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq olunacaq
Beynəlxalq əhəmiyyətli Tbilisi-Senaki-Leselidze avtomobil yolunun 88-ci km-də yerləşən Qori avtomobil tunelində aprelin 17-də saat 10:00-dan 12:00-dək tunelin Senaki-Tbilisi istiqamətində bütün növ avtonəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamentinin məlumatında deyilib.
Onların sözlərinə görə, məhdudiyyətə səbəb yol işlərinin keçirilməsidir.
Avtomobil tunelinin Senaki-Tbilisi istiqamətinin bağlanması müddətində avtonəqliyyat axını daxili dövlət əhəmiyyətli Qori tunellərinə giriş yoluna yönəldiləcək.