Apellyasiya Məhkəməsi şəhər məhkəməsinin Qiori Okmelaşviliyə qarşı çıxardığı hökmü qüvvədə saxlayıb
Apellyasiya Məhkəməsi həmçinin “Xarici təsirin şəffaflığı haqqında” qanuna qarşı keçirilən aksiyada həbs edilən Qiorqi Okmelaşvilini də təqsirli bilib və onun 5 il müddətinə azadlıqdan məhrumetmə hökmünü qüvvədə saxlayıb.
Müdafiə tərəfi Tbilisi Şəhər Məhkəməsinin hökmünün ləğv edilməsini və Qiorqi Okmelaşvilinin təqsirsiz hesab edilməsini tələb edirdi. Təqsirləndirilən şəxs bir neçə aydır ki, aksiya zamanı polisə hücum etmədiyini iddia edir.
Prokurorluq bunun əksini iddia edir və bugünkü məhkəmə prosesində onlar istintaqın Okmelaşviliyə qarşı təqdim etdiyi videonu müzakirə ediblər. Vəkilin dediyinə görə, onlar bütün instansiyadan keçdikdən sonra Strasburq məhkəməsinə də müraciət edəcəklər.
Xatırladaq ki, Okmelaşviliyə qarşı Cinayət Məcəlləsinin 353-cü əlavə maddəsinin 1-ci hissəsi ilə ittiham irəli sürülüb. Bu, öz vəzifəsini yerinə yetirərkən polis əməkdaşına hücumu nəzərdə tutur. Prokurorluq Okmelaşvilini Gürcüstanın Cinayət Məcəlləsinin 260-cı maddəsinin birinci hissəsi (narkotik vasitələrin saxlanması) ilə də ittiham edirdi, lakin yanvarın 15-də məhkəmə iclasında o, bu ittihamdan azad edilib və prokuror da bununla razılaşıb. Bu maddə ilə törədilmiş cinayətə parlamentin qəbul etdiyi amnistiya qanunu şamil olundu.