Antonio Quterreş – seçilmiş prezident Donald Trampı təbrik edirəm, BMT dünyanın qarşısında dayanan çağırışları həll etmək üçün gələcək administrasiya ilə konstruktiv işləməyə hazırdır
Seçilmiş prezident Donald Trampı təbrik edirəm və Birləşmiş Ştatlar və Birləşmiş Millətlər Təşkilatı arasında əməkdaşlığın beynəlxalq münasibətlərin mühüm sütunu olduğuna inandığımı bir daha təsdiq edirəm, – bu barədə BMT-nin Baş katibi Antonio Quterreşin bəyanatında qeyd olunub.
Quterreşin dediyinə görə, BMT gələcək administrasiya ilə konstruktiv işləməyə hazırdır.
“Mən Amerika Birləşmiş Ştatları əhalisinin demokratik prosesdə fəal iştirakını təqdir edirəm. Mən seçilmiş prezident Donald Trampı təbrik edirəm və Birləşmiş Ştatlar və BMT arasında əməkdaşlığın beynəlxalq münasibətlərin mühüm sütunu olduğuna inandığımı bir daha təsdiq edirəm. BMT dünyamızın qarşısında dayanan dramatik çağırışları həll etmək üçün gələcək administrasiya ilə konstruktiv işləməyə hazırdır”, – Antonio Quterreş bildirib.
İlkin göstəricilərə əsasən, ABŞ-da keçirilən prezident seçkilərində Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp qalib gəlib.