Antonio Quterreş İranın atəşkəs dövründə Hörmüz boğazının ticarət gəmiləri üçün tam açıq saxlanılması barədə qərarını “doğru istiqamətdə atılmış addım” kimi qiymətləndirir
BMT-nin Baş katibi Antonio Quterreş İran xarici işlər nazirinin atəşkəs dövründə Hörmüz boğazının kommersiya gəmiləri üçün tam açıq olacağı barədə bəyanatını “doğru istiqamətdə atılmış addım” adlandırır.
“Hörmüz boğazında beynəlxalq naviqasiya hüquqları və naviqasiya azadlığı tam bərpa olunmalı və bütün tərəflər onu qorumalıdır. Ümid edirəm ki, atəşkəslə birlikdə bu tədbirlər Pakistanın dəstəyi ilə tərəflər arasında etimadın möhkəmlənməsinə və dialoqun gücləndirilməsinə töhfə verəcək”, – deyə Quterreş bildirir.
Məlumat üçün bildirək ki, İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, İsrail–Livan arasında atəşkəs dövrü ərzində Hörmüz boğazı bütün kommersiya gəmiləri üçün açıq olacaq.