Antonio Quterreş - İran-İsrail münaqişəsinin genişlənməsi heç kimin idarə edə bilməyəcəyi yanğını alovlandıra bilər
Antonio Quterreş - İran-İsrail münaqişəsinin genişlənməsi heç kimin idarə edə bilməyəcəyi yanğını alovlandıra bilər

BMT-nin Baş katibi Antoniu Quterreş İran-İsrail münaqişəsinin genişlənmə təhlükəsi barədə danışır və həm birbaşa, həm də potensial tərəfləri sülhə şans verməyə çağırır.

“Bu münaqişənin genişlənməsi heç kimin idarə edə bilməyəcəyi yanğını alovlandıra bilər”, – Quterreş BMT Təhlükəsizlik Şurasında bildirib.

Quterreşin qeyd etdiyi kimi, İrana qarşı etimadsızlıq mövcuddur.

“İran dəfələrlə nüvə silahına can atmadığını bildirib, lakin gəlin etiraf edək ki, etimadsızlıq var. Biz sizi bu mübarizəni dayandırmağa və ciddi danışıqlara qayıtmağa çağırırıq”, – deyə BMT-nin baş katibi bildirib.