Antonio Quterreş – Dünya Soyuq Müharibədən sonra bənzəri olmayan nüvə təhlükəsi ilə üz-üzədir

14:17, 02.08.2022

 
Dünya Soyuq Müharibədən sonra bənzəri olmayan nüvə təhlükəsi ilə üz-üzədir-bu barədə BMT-nin baş katibi Antonio Quterreş BMT-də nüvə silahının yayılmaması ilə bağlı danışıqlarda bildirib.

BMT rəhbəri, Ukraynadakı müharibə , eləcə də Asiya və Yaxın Şərqdən gələn təhdidlər səbəbilə, dünyanın nüvə məhvindən yalnız bir anlaşılmazlıq, bir səhv hesablama uzaqlığında olduğunu bildirib.

“Bu vaxta qədər qeyri-adi dərəcədə bəxtəvər idik, lakin şans strategiya deyil. Nüvə münaqişəsinə doğru gedən geosiyasi gərginlikdən qoruyacaq qalxan da yoxdur”-deyə Antonio Quterreş bildirib.

Oxşar