Antonio Quterreş - Diplomatiya fürsətini əldən verdiyimizə görə məyusam, region və dünyanın indi bir həll yoluna ehtiyacı var
Antonio Quterreş - Diplomatiya fürsətini əldən verdiyimizə görə məyusam, region və dünyanın indi bir həll yoluna ehtiyacı var

“Diplomatiya fürsətini əldən verdiyimizə görə məyusam, regionun və dünyanın indi həll yoluna ehtiyacı var”, – bu barədə BMT-nin Baş katibi Antonio Quterreş BMT Təhlükəsizlik Şurasının təcili iclasında bildirib.

BMT-nin Baş katibi tərəfləri dərhal atəşkəsə çağırıb.

“Amerika və İsrailin hücumları ABŞ və İran arasında Omanın vasitəçiliyi ilə keçirilən dolayı danışıqların üçüncü raundundan sonra həyata keçirilib. Gələcək həftə Vyanada keçirilməsi planlaşdırılan texniki danışıqlara hazırlıqlar gedirdi və bunun ardınca yeni siyasi danışıqlar raundu keçiriləcəkdi. Diplomatiyanın bu fürsətini əldən verdiyimiz üçün çox məyusam. Regionun və dünyanın indi həll yoluna ehtiyacı var. Biz hərbi əməliyyatları dərhal dayandırmağa və gərginliyi azaltmağa çağırırıq. Alternativ olaraq mülki şəxslər və regional sabitlik üçün ciddi nəticələrə səbəb ola biləcək daha genişmiqyaslı bir münaqişə mümkündür”, – Quterreş bildirib.