Antonio Koşta Viktor Orbana məktubla müraciət edir - "Heç bir üzv dövlətə Avropa Şurasının kollektiv şəkildə qəbul etdiyi qərarların etibarlılığını sarsıtmaq bağışlanmayacaq"
Avropa Şurasının prezidenti Antoni Koşta Macarıstanın Baş naziri Viktor Orbanı Ukraynaya 90 milyard avro kredit verilməsi barədə razılaşmaya əməl etməyə çağırıb.
“Liderlər konsensusa gəldikdə, qəbul etdikləri qərarı dəstəkləməyə borcludurlar. Bu öhdəliyin hər hansı bir şəkildə pozulması səmimi əməkdaşlıq prinsipinin pozulması deməkdir”, – Koşta Orbana ünvanladığı məktubda qeyd edib.
Avropa Şurasının prezidenti həmçinin qeyd edib ki, “heç bir üzv dövlət Avropa Şurası tərəfindən kollektiv şəkildə qəbul edilən qərarların etibarlılığını sarsıtdığına görə bağışlanmayacaq”.
Məlumat üçün bildirək ki, qeyd olunan kredit ötən ilin dekabr ayında Aİ liderləri tərəfindən təsdiqlənib. Budapeşt bildirir ki, Rusiya neftinin “Drujba” boru kəməri vasitəsilə Ukrayna üzərindən nəqli bərpa olunana qədər sözügedən təşəbbüsə dəstək verməyəcək.