Antonio Koşta – Rusiya Ukraynaya genişmiqyaslı hücum edib, hücum zamanı Polşanın hava məkanı da pozulub ki, bu da Rusiya təcavüzünün Avropanın təhlükəsizliyinə təhlükə yaratdığını vurğulayır
Ötən gecə Rusiya Ukraynaya qarşı irimiqyaslı kombinə edilmiş hücum həyata keçirib. Hücum zamanı Polşanın hava məkanı da pozulub ki, bu da Rusiyanın təcavüzünün bütövlükdə Avropanın təhlükəsizliyinə təhlükə yaratdığını bir daha vurğulayır, – bu barədə Avropa Şurasının prezidenti Antono Koşta bəyan edib.
Sosial şəbəkədə dərc olunan paylaşımında Koşta hücumların qurbanlarına başsağlığı verdiyini, Ukrayna və Polşa hökumətləri ilə tam həmrəy olduğunu bildirir.
“Biz Ukraynanın hava hücumundan müdafiəsini, o cümlədən raket əleyhinə və pilotsuz uçuş aparatlarına qarşı imkanlarını gücləndirmək üçün dəstəyimizi artırırıq. Avropa bu təcavüz qarşısında birliyini qoruyub saxlayacaqdır”, – Koşta qeyd edib.
Məlumat üçün bildirək ki, 30 iyulda Rusiya Ukraynanın bir neçə bölgəsinə irimiqyaslı hücum həyata keçirib. Hücum zamanı Polşanın hava məkanı da pozulub.