Antonio Koşta - Avropa İttifaqına Ukraynanın "sülh planları" barədə heç nə deyilməyib, ona görə də məsələni şərh etməyin mənası yoxdur
Avropa İttifaqına Ukraynanın “sülh planları” barədə heç nə deyilməyib, ona görə də məsələni şərh etməyin mənası yoxdur, – bu barədə Avropa İttifaqı Şurasının sədri Antonio Koşta bildirib.
Bununla yanaşı, Avropa Komissiyasının prezindeti Ursula fon der Layen bildirib ki, Avropa İttifaqı Ukrayna üçün “ədalətli və davamlı sülh” əldə etmək üçün Vloloimir Zelenski və “istəklilər koalisiyası” ilə işləyir.
Avropa Komissiyasının prezidentinin dediyinə görə, əsas prinsip dəyişməz olaraq qalır – “Ukrayna olmadan Ukrayna haqqında heç nə”.
“Dünən qeyd etdiyimiz kimi, 28 maddədən ibarət plan açıqlanıb. Biz vəziyyəti həm Avropa liderləri ilə, həm də burada, G20 liderləri ilə müzakirə edəcəyik”, – Ursula fon der layen qeyd edib.
Noyabrın 20-də media Donald Trampın Rusiya-Ukrayna müharibəsini bitirmək məqsədilə hazırladığı “sülh planı”nın məzmununu açıqlayıb. Trampın “sülh planına” görə, Rusiya qonşu ölkələrə müdaxilə etməyəcək, NATO genişlənməyəcək, Krım, Luqansk və Donetsk isə Rusiyanın de fakto regionları kimi tanınacaq.
ABŞ Ukraynadan noyabrın 27-dək “Uitkoff-Dmitriyev sülh planı”nı qəbul etməsini tələb edir.