Antonio Quterreş Kiyevə səfər edib

21:16, 27.04.2022

 

BMT-nin baş katibi Antonio Quterreş Moskva səfərindən sonra Kiyevə gedib.

Beynəlxalq təşkilatın rəhbəri sosial şəbəkədə məlumat yayır.

“Mən Moskvaya səfərimdən sonra Ukraynaya gəldim. Biz humanitar yardımın genişləndirilməsi və mülki şəxslərin münaqişə zonalarından təxliyəsinin təmin edilməsi istiqamətində işi davam etdirəcəyik. Bu müharibə nə qədər tez bitsə, Ukrayna, Rusiya və dünya üçün bir o qədər yaxşıdır” -deyə Antonio Quterreş “Twitter”-də yazır.

Oxşar