Antonio Quterreş – BMT İsrail və Qəzza zolağı arasında istənilən atəşkəslə bağlı razılaşmanı dəstəkləməyə hazırdır

22:35, 09.09.2024

BMT atəşkəs üzrə istənilən razılaşmanı dəstəkləməyə hazırdır, – bu barədə BMT-nin baş katibi Antonio Quterreş “Associated Press”ə müsahibəsində bildirib.

Quterreş bildirib ki, BMT-nin Qəzza zolağının gələcəyində istər ərazinin idarə olunması, istərsə də sülhməramlı qüvvələrinin yerləşdirilməsi məsələsinin əhəmiyyətli rol oynaya biləcəyini düşünmək “qeyri-realdır”, çünki İsrailin belə bir rola razılıq verməsi ehtimalı azdır.

“Əlbəttə, biz beynəlxalq ictimaiyyətin bizdən tələb etdiyi hər şeyi etməyə hazır olacağıq, hərçənd, tərəflərin bunu qəbul edib-etməyəcəyi, İsrailin qəbul edib-etməyəcəyi” sual altındadır, – Quterreş bildirib.

Bununla yanaşı, Quterreş atəşkəsin təcili əldə olunmasının vacibliyini vurğulayıb.

“Mənim BMT-nin Baş katibi olduğum müddətdə, bizim Qəzzada gördüyümüz əzabın səviyyəsi misli görünməmiş bir haldır. “Son aylar ərzində Qəzzada gördüyümüz belə ölüm və dağıntı səviyyəsini heç vaxt görməmişəm”, – Quterreş bildirib.

BMT-nin baş katibinin dediyinə görə, iki dövlət prinsipinə əsaslanan həll “yeganə həll yolu”dur.

Oxşar