Anri Oxanaşvili Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay ilə görüşüb
Anri Oxanaşvili Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay ilə görüşüb

Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Anri Oxanaşvili Türkiyə Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Ali Kaan Orbay ilə görüşüb.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına əsasən, görüşdə tərəflər Gürcüstan və Türkiyə arasında təhlükəsizlik sahəsində mövcud güclü tərəfdaşlığı müzakirə ediblər və bu istiqamətdə strateji əməkdaşlığın dərinləşdirilməsi imkanları barədə söhbət ediblər.

Görüş zamanı Anri Oxanaşvili və Ali Kaan Orbay bölgədə təhlükəsizliklə bağlı mövcud çağırışları və onların həlli yollarına diqqət yetirib.

Bununla yanaşı, Türkiyə Respublikasının səfiri Dövlət Təhlükəsizliyi Xidmətinin rəisini vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.