Anri Oxanaşvili Ermənistanın səfiri Aşot Smbatyanla görüşüb
Anri Oxanaşvili Ermənistanın səfiri Aşot Smbatyanla görüşüb

Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Anri Oxanaşvili Ermənistan Respublikasının Gürcüstandakı səfiri Aşot Smbatyanla görüş keçirib.

Tərəflər ölkələr arasında mövcud strateji əməkdaşlığın əsas istiqamətlərini müzakirə ediblər və Gürcüstan və Ermənistan Respublikasının təhlükəsizlik xidmətləri arasında güclü əməkdaşlığın vacibliyini vurğulayıblar. Söhbət zamanı regionda cari proseslərə və təhlükəsizlik baxımından mövcud çağırışlara da toxunulub. Anri Oxanaşvili və Aşot Smbatyan iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsini və gələcək planları müzakirə ediblər.

Ermənistan Respublikasının səfiri Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərini bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayır.