Anri Oxanaşvili Azərbaycanın Gürcüstandakı səfiri ilə görüşüb
Anri Oxanaşvili Azərbaycanın Gürcüstandakı səfiri ilə görüşüb

Gürcüstanın ədliyyə naziri Anri Oxanaşvili Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev ilə görüşüb. Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayır.

Qurumun məlumatına görə, tanışlıq görüşündə tərəflər Gürcüstan və Azərbaycan arasında uzun müddətdir mövcud olan strateji tərəfdaşlıq barədə söhbət ediblər. İki ölkənin səlahiyyətli qurumları arasında ədliyyə sahəsində səmərəli əməkdaşlıq vurğulanıb.

Ədliyyə Nazirliyində keçirilən görüşdə ədliyyə nazirinin müşaviri Levan Kasradze, Azərbaycan Respublikası səfirinin müşaviri Samir Abdurəhimov və səfirliyin attaşesi Röyal Paşayev iştirak edirdilər.

Görüşün sonunda tərəflər qarşılıqlı əməkdaşlığın gələcək planları barədə razılığa gəliblər.