Ankarada Türkiyə və Ukrayna prezidentlərinin görüşü keçirilir.
Türkiyə Prezident Administrasiyasının məlumatına əsasən, Rəcəb Tayyib Ərdoğan Volodimir Zelenski ilə əvvəlcə birbaşa danışıqlar aparacaq, daha sonra isə hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə görüş planlaşdırlıb.
İstanbulda Ərdoğan və Zelenski arasındaki görüş Rusiya-Ukrayna danışıqlarının İstanbulda keçirilməsinin planlaşdırıldığı gündə baş tutacaq. Danışıqların dəqiq vaxtı hələ müəyyən edilməyib. Zelenskinin Ankaraya çatdıqdan sonra hava limanında mediaya bəyan etdiyinə görə, Ukraynanın növbəti addımları ilə bağlı qərar Ərdoğanla danışıqlardan sonra veriləcək.
Rusiya nümayəndə heyəti artıq İstanbuldadır. Ona Rusiya prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edir. Həmçinin, nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin daxildir.