Ankarada Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlılarının iştirakı ilə “Qafqaz Qartalı - 2025” birgə hərbi təlimi keçirilib
Türkiyənin paytaxtı Ankarada Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlılarının iştirakı ilə “Qafqaz Qartalı – 2025” birgə taktiki-xüsusi təlimləri keçirilib.
Hərbi təlim təsdiqlənmiş illik əməkdaşlıq planına uyğun olaraq keçirilib.
Azərbaycan Müdafiə Nazirliyinin hesabatına görə, üç qardaş ölkə arasında regionda təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın daha da gücləndirilməsi məqsədi daşıyan təlim iştirakçı bölmələrin qarşılıqlı fəaliyyəti,surətli reaksiya, əlaqələndirmə və döyüş hazırlığı imkanlarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Qeyd edilib ki, təlimlər zamanı xüsusi təyinatlı bölmələr raket-artilleriya və aviasiya bölmələri ilə qarşılıqlı əlaqə zamanı yüksək hazırlıq və taktiki çeviklik nümayiş etdirərək müxtəlif epizodlar üzrə tapşırıqları uğurla yerinə yetiriblər