Ancey Duda – Ukraynasız Ukraynanın gələcəyi ilə bağlı hər hansı müqavilə imzalamaq mümkün deyil

18:12, 30.10.2024

Polşa prezidenti Ancey Dudanın bildirdiyinə görə, Ukrayna öz gələcəyi ilə bağlı gedən danışıqlarda mütləq iştirak etməlidir.

“Ukraynasız Ukraynanın gələcəyi ilə bağlı hər hansı müqavilə imzalamaq mümkün deyil”, – Duda mediaya müsahibəsində bildirdi və əlavə etdi ki, Polşa bunun üçün mübarizə aparmalıdır.

Ancey Dudanın söylədiyinə görə, bu məsələdə Polşa öz çətin, o cümlədən İkinci Dünya Müharibəsinə son qoyan müqavilələri ilə bağlı tarixi təcrübəsinə əsaslanır.

“Əgər biz bu gün Ukraynanın danışıq masası arxasında olması üçün mübarizə aparmasaq, o zaman belə praktika gələcəkdə də təkrarlana bilər. Biz mübarizə aparmalıyıq ki, bir daha belə bir şey olmasın”, – Polşa prezidenti bildirib.

Oxşar