Ancey Duda – Ukraynanın qəhrəmancasına müqaviməti olmasaydı, Polşa və Baltikyanı ölkələr təhlükə altında olardılar
Ukraynanın qəhrəmancasına müqaviməti olmasaydı, Polşa və Baltikyanı ölkələr təhlükə altında olardılar-bu barədə Polşa prezidenti Ancey Duda bildirib.
Polşa prezidenti Ukraynanın hazırda nəyinki Polşa, eləcə də Almaniyanı da qoruduğunu, Rusiyanın isə bütün Avropa üçün təhlükə yaratdığını bildirib.
Dudanın sözlərinə görə, böyük Rusiya haqqında ideyalar başqa xalqların tabe olması mənasına gəlir və bu təkcə Rusiya prezidentinin ideyaları deyil, Rusiya cəmiyyətinin əhəmiyyətli bir hissəsinə bu ideya hopub.
“Ukrayna sayəsində bu təhlükə indi nəzarət altındadır, lakin mən hesab edirəm ki, gələcəkdə, təəssüf ki, bu təhlükə aktuallaşacaq. Bizim edə biləcəyimiz yeganə şey öz təhlükəsizliyimizi gücləndirməkdir. Ukrayna yaxşı silahlarla nəyin edilə biləcəyini göstərir” – deyə Ancey Duda bildirib.