Ancey Duda müdafiəyə ÜDM-in ən azı 4%-nin ayrılmasını nəzərdə tutan konstitusiyaya dəyişiklik edilməsi təşəbbüsü ilə çıxış edib
Polşa prezidenti Ancey Duda müdafiəyə ÜDM-in ən azı 4%-nin ayrılmasını nəzərdə tutan konstitusiyaya dəyişiklik edilməsi təşəbbüsü ilə çıxış edib.
Ancey Duda müvafiq layihəni Seymin sədrinə təqdim edib.
“Ən mühümü odur ki, təhlükəsizliyimiz daim gücləndirilməlidir. Buna görə də bu gün siyasi arenada konsensusumuz olsa da, hesab edirəm ki, bu, hüquqi baxımdan da gücləndirilməlidir. Biz müttəfiqlərimizlə danışırıq, daim əlaqə saxlayırıq, məsləhətləşirik. Biz Polşanın qayğısına qalırıq”, – Polşa Prezidenti Seymin sədri Şimon Qolovniya ilə görüşdən sonra bildirib.
Dudanın dediyinə görə, bu, son dərəcə vacib mesajdır. Polşa prezidentinin qeyd etdiyi kimi, Rusiyanın Ukraynaya qarşı təcavüzünün necə başa çatmasından asılı olmayaraq, “ən vacibi sülhün daimi və sabit olmasıdır”.
“Rusiyanın artıq heç kimə hücum etməməsi və hər şeydən əvvəl bizə hücum etməməsi üçün iki amil vacibdir: ilk növbədə, bu sülh sabit olmalıdır, yəni onun öz güclü təminatları olmalıdır; İkincisi, özümüz üçün güclü təminatlar yaratmalıyıq; Üçüncü, bizə müttəfiqlərimizdən hərtərəfli daimi təminat lazımdır”, – deyə Duda bildirib.