Anjey Duda – amerikalı liderlərlə “nüvə mübadiləsi” proqramında iştirak imkanları barədə danışdıq, mövzu açıqdır

17:55, 05.10.2022

 

Amerikalı liderlərlə “nüvə mübadiləsi” proqramında iştirak imkanları barədə danışdıq, mövzu açıqdır-bu barədə Polşa prezidenti Anjey Duda Polşa mətbuatına müsahibəsində bildirib.

Duda qeyd edib ki, birinci problem ölkənin nüvə silahına malik olmamasıdır və Polşanın yaxın gələcəkdə bu silaha sahib olacağına dair heç bir işarə yoxdur.

“Nüvə mübadiləsi proqramında iştirak etmək üçün hər zaman potensial imkan var. Biz amerikalı liderlərlə ABŞ-ın bu imkanı nəzərdən keçirib-keçirməməsi barədə danışdıq. Mövzu açıqdır”-deyə Anjey Duda bildirib.

NATO-nun “Nüvə mübadiləsi” öz nüvə silahına malik olmayan üzv dövlətlərə nüvə silahından istifadənin planlaşdırmasında iştirak etməyə imkan verən NATO-nun nüvənin qarşısının alınması siyasətinin konsepsiyasıdır. Belə ki, bu ölkələrin silahlı qüvvələrinin nüvə silahından istifadə ediləcəyi təqdirdə təchizata cəlb olunması nəzərdə tutulur.

Oxşar