Ancei Duda – böyük ehtimalla Ukrayna hava hücumundan müdafiə sistemləri Polşada partlayışa səbəb olub, raketin düşməsinin hücum olduğuna dair heç bir əlamət yoxdur
Böyük ehtimalla Ukrayna hava hücumundan müdafiə sistemləri Polşada Ukrayna sərhədinə yaxın kənddə baş verən partlayışa səbəb olub-bu barədə Polşa prezidenti Ancey Duda mətbuat konfransında açıqlayıb.
Ancey Duda bildirib ki, kəndə düşən raketin Polşaya məqsədyönlü hücum olduğuna dair heç bir əlamət yoxdur. O, bunun ehtimal ki, bədbəxt hadisə olduğunu bildirib.
Duda düşən raketin çox güman ki, köhnə “S-300” raketi olduğunu qeyd edib.
Dünən axşam saatlarında Polşada Ukrayna sərhədi yaxınlığına raketin düşməsi nəticəsində iki nəfər həlak olub. Hadisə ilə əlaqədar Polşanın baş naziri Təhlükəsizlik Şurasının növbədənkənar iclasını keçirib.