Anita Orban - Rusiya tərəfdaş olaraq qalacaq, lakin münasibətlər birtərəfli asılılıq üzərində qurulmamalıdır
Rusiya tərəfdaş olaraq qalacaq, lakin münasibətlər birtərəfli asılılıq üzərində qurulmamalıdır, – bu barədə Macarıstanın xarici işlər naziri vəzifəsinə namizəd Anita Orban Macarıstan parlamentinin Xarici Siyasət Komitəsində keçirilən dinləmədə bildirib.
Anita Orbanın sözlərinə görə, hazırkı geosiyasi vəziyyətdə Rusiyanın siyasətinin Macarıstan və Avropa üçün təhlükəsizlik problemi yaratdığı aydındır.
Macarıstanın xarici işlər naziri vəzifəsinə namizəd komitəyə bildirib ki, Macarıstan Rusiya ilə bərabər və şəffaf münasibətlər istəyir.
“Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi ilə bağlı, təbii ki, yeni sanksiyalar paketinin qəbulu gözlənilir. Bizim əsas prinsipimiz iki istiqamətli olacaq. Birincisi: sanksiyalar paketinə Macarıstanın maraqlarına, o cümlədən Macarıstan şirkətlərinə və ya energetika şirkətlərinə zərər verəcək hər hansı bir bəndin daxil edilməsinə icazə verməyəcəyik. Bununla belə, biz üçüncü ölkənin maraqları üçün veto hüququmuzdan istifadə etməyəcəyik”, – Anita Orban qeyd edib.