Anita Orbán bildirib ki, Macarıstanın yeni hökuməti ölkənin xarici siyasətini kəskin şəkildə dəyişəcək və bu siyasətin əvvəl “şantaj üzərində qurulduğunu” qeyd edib
Anita Orbán bildirib ki, Macarıstanın yeni hökuməti ölkənin xarici siyasətini kəskin şəkildə dəyişəcək və bu siyasətin əvvəl “şantaj üzərində qurulduğunu” qeyd edib

Macarıstanın yeni hökuməti ölkənin xarici siyasətini kəskin şəkildə dəyişəcək və bu siyasətin əvvəllər “şantaj üzərində qurulduğunu” bildirib. Bu barədə Anita Orbán açıqlama verib.

Onun sözlərinə görə, Macarıstan bundan sonra veto hüququnu şantaj vasitəsi kimi istifadə etməyəcək.

Xarici işlər naziri vurğulayıb ki, Macarıstan çox vaxt Avropa İttifaqında qərarların qəbuluna maneə kimi qəbul olunub, lakin yeni hökumət dövründə ölkə etibarlı tərəfdaş olacaq.

“Veto artıq son 16 ildə olduğu kimi siyasi teatr və kampaniya aləti olmayacaq”, – deyə Anita Orbán bildirib.

O həmçinin qeyd edib ki, son illərdə Macarıstan Avropanın etimadını itirdiyi üçün böyük “qiymət” ödəyib. Yeni hökumətin məqsədi isə etimadı bərpa etmək, məhkəmə sisteminin müstəqilliyini gücləndirmək, şəffaflığı artırmaq və korrupsiyaya qarşı tədbirləri gücləndirməkdir.

“Avropa İttifaqı macarlar üçün zərərli olan heç nə tələb etmir — bunu iddia edənlər sadəcə yalan danışır”, – deyə o əlavə edib.